Məşhur müğənni xəstəxanaya yerləşdirildibackend

Məşhur müğənni xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli pop sənətçisi, məşhur müğənni İrem Derici xəstəxanaya yerləşdirilib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

Səhhəti ilə bağlı açıqlama verən müğənni bu sözlərdən istifadə edib:

“Səhər yüksək hərarət və qusma ilə xəstəxanaya yerləşdirildim. Mənim böyük infeksiyam var və 3 gün danışmağa icazəm yoxdur, bu səs tellərimdə də özünü göstərir. Son dəqiqəyə qədər düşünməyə çalışdıq ki, bəlkə kortizonlarla ayağa qalxaram, amma boşa çıxdı. Həftələrlə səbirsizliklə gözlədiyim Akçakoca Bələdiyyəsinin təşkil etdiyi festivala qatıla bilməyəcəyimi böyük hüznlə bildirmək istəyirəm. Hamıdan üzr istəyirəm, sizə söz verirəm, daha böyük enerji ilə ən yaxşısını edəcəyəm”, – sənətçi deyib.