Məşhur professor günlərdir paytaxtın küçələrində gecələyir – Fotolarbackend

Məşhur professor günlərdir paytaxtın küçələrində gecələyir – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Professor Fazil Qaraoğlu (İsmayılov) bir neçə gündür ki, küçədə gecələyir.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, bununla bağlı “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu sosial şəbəkə hesablarında məlumat və fotolar dərc edib.

“Adını eşidəndə getdim yanına, halını belə gördüm. Yaşadığı mənzilin kirayə haqqını verə bilmədiyindən atıblar küçəyə. İstədim özümlə aparım, oteldə yer təklif etdim, “əl yazmalarımı, illərcə topladığım sənədləri burda qoyub gedə bilmərəm” deyir. Artıq 4 gecədir küçədə gecələyir”, – naşir bildirib.

O qeyd edib ki, F. Qaraoğlu Yasamal Rayon İcra Hakimiyyətinin yaxınlığındakı küçədədir:

“İcra nümayəndəsi deyib ki, yer tap, köç, kirayənin yarı haqqını biz ödəyərik”.

Sosial Xidmətlər Agentliyindən məsələnin diqqətdə olduğu bildirilib.

Ş. Xuduoğlu qeyd edib ki, alim “Ermənilər və Həqiqətlər- sənədlərdə” mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cilddə kitab yazıb və nəşr etdirib:

“Bununla da başına bəla açıb. Ermənilər ölümlə hədələməyə başlayıb. Türk dövləti tərəfindən xüsusi qorunmaya alınıb. Təhlükəsizliyini təmin etmək üçün Bakıya qayıdır. 17 ildir kirayələrdə yaşayır.

Müqəddəs Quran kitabını ilk dəfə hər iki dilə, həm Azərbaycan, həm də rus dilinə çevirən tək mütərcimdir.

Bu vaxta qədər Türkiyə Böyük Millət Məclisində çıxış edən ikinci vətəndaşımızdır. Böyük Millət Məclisinin bu barədə təşəkkür məktubu var”.

Qeyd edək ki, professor Fazil Qaraoğlu 14 il Ankarada Qazi Universitetində çalışıb.