Məşhur reper Dominikanda həbs olundubackend

Məşhur reper Dominikanda həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı 26 yaşlı repçi “Tekashi 6ix9ine” (Deniel Ernandes) Dominikan Respublikasında sevgilisinə hörmətsizlik etdiyi iddiası ilə prodüseri döydüyü üçün saxlanılıb.

NOCOMMENT.az axşam.az-a  istinadən xəbər verir ki, yerli polis musiqiçini Amerikaya qayıtmaq üçün şəxsi təyyarəyə minməyə cəhd edərkən həbs edib.

Repperin həbsini Dominikan Respublikasında cinayət işi üzrə hüquqşünas Feliks Portes bildirib.

Bundan əvvəl isə vəkil sosial şəbəkələrdə ifaçının ölkədən qaçmaq cəhdi ilə bağlı danışıb və qeyd edib ki, hüquq-mühafizə orqanları musiqiçinin həbs olunması barədə order alıblar. Buna səbəb isə onun döyməkdə, bədənə xəsarət yetirməkdə və hədə-qorxuda ittiham olunması idi.

Qeyd edilib ki, dava nəticəsində zərərçəkənlərdən biri çənəsi sındığına görə əməliyyat olunub.

Xatırladaq ki, 6IX9INE bu yaxınlarda Florida ştatının “Palm Beach County” həbsxanasından zaminə buraxılıb. Avqust ayında sənətçi məhkəməyə vaxtında gəlmədiyi üçün saxlanılıb.