Məşhur zavod növbəti dəfə məhkəmə qarşısındabackend

Məşhur zavod növbəti dəfə məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində növbəti dəfə inzibati iş başlanıb.

NOCOMMENT.az qaynarinfo -ya istinadən xəbər verir ki, QSC bu dəfə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə ittiham edilir.

İşə Səbail Rayon Məhkəməsində baxılacaq.

469.3-cü maddədə fiziki şəxslərin 50 manat məbləğində, vəzifəli şəxslərin 100 manat məbləğində, hüquqi şəxslərin isə 300 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

Bundan əvvəl zavoda İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə protokol yazılmışdı.