“Esquire Turkey” jurnalının təşkilatçılığı ilə keçirilən “Man at his Best 2025” mükafatlandırma mərasimi bu il də məşhurların zəriflik yarışına çevrilib.
NOCOMMENT.az xəbər verir ki, gecə boyunca bir-birindən tanınmış adlar qırmızı xalçada üslub və zövqlərini nümayiş etdiriblər.
Tədbirin ən çox diqqət çəkən cütlüklərindən biri Gökçe Bahadır və Emir Ersoy olub. Aktrisa klassik və zərif tərzdə seçilmiş geyimi, aktyor isə minimalist, amma qüsursuz görünüşü ilə medianın maraq mərkəzinə düşüb.













