“İnter Mayami” MLS-in müntəzəm mövsüm oyunu çərçivəsində “Kolorado Rapids”in qonağı olub.
NOCOMMENT.az xəbər verir ki, dramatik keçən görüşdə qapılara 5 qol vurulub və Florida komandası səfərdə 3:2 hesabı ilə qalib gəlib.
Mayamililərin ulduzu Lionel Messi bu görüşdə dubl edib. Argentinalı ulduz əvvəlcədən 18-ci dəqiqədə penaltidən fərqlənib. 79-cu dəqiqədə isə uzun reytdini qolla tamamlayıb.
38 yaşlı futbolçu cari MLS mövsümündə 7 qolla bombardirlər yarışında “Neşvil”dən Sem Surric və “Dallas”dan Petar Musa ilə zirvəni bölüşür.
Bu qələbə sayəsində “İnter Mayami” 8-ci oyunda 15-ci xalını qazanıb.










