Messinin transfer qiyməti açıqlandıbackend

Messinin transfer qiyməti açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Amerikanın “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messinin transfer dəyəri əvvəlkindən 5 milyon avro ucuzlaşaraq 30 milyon avroya düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Transfermarkt” məlumat yayıb.

Dəyərin azalmasına baxmayaraq, “İnter Mayami”də oynayan Messi Amerika Liqası MLS-də ən bahalı oyunçu olaraq qalır. MLS-in ən bahalı futbolçuları siyahısında ikinci yeri Messinin həmyerlisi, “Atlanta Yunayted”də çıxış edən Tiaqo Almada (27 milyon avro) tutur.

Messi 2023-cü ilin yayında “PSJ”-də iki illik çıxışından sonra “İnter Mayami” yə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku – Liqa Kubokunu qazanıb. “İnter Mayami”də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. MLS-in yeni mövsümündə argentinalı üç oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib.