Ronaldu Messinin komandasına qarşı oyunu buraxa bilərbackend

Ronaldu Messinin komandasına qarşı oyunu buraxa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldunun Lionel Messinin formasını geyindiyi ABŞ təmsilçisi “İnter Mayami”yə qarşı yoldaşlıq oyununu buraxmaq ehtimalı var.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, buna 38 yaşlı hücumçunun zədələnməsi səbəb olub.

Baldır əzələsindən xəsarət alan portuqaliyalı forvardın bərpa müddəti bir neçə həftə çəkə bilər.

Qeyd edək ki, “Əl-Nəsr” – “İnter Mayami” görüşü fevralın 1-də Ər-Riyada baş tutacaq.