Meta ilə Kanada arasında gərginlik: Xəbərlərə giriş dayandırılacaqbackend

Meta ilə Kanada arasında gərginlik: Xəbərlərə giriş dayandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Meta” şirkəti Kanadadakı bütün istifadəçilər üçün “Facebook” və “Instagram”da xəbərlərə çıxışı dayandırma prosesinə başlayıb. Kanada hökuməti isə ödəniş əvəzinə xəbərlərə çıxışını dayandıran şirkətə reaksiya verib.

NOCOMMENT.az xəbər verir ki, bu addım ölkədəki internet nəhənglərinin xəbər nəşriyyatlarına pul ödəməsini tələb edən qanunvericiliyə cavab olaraq atılıb.

Kanadanın ictimai yayımı “CBC”-də Metanın bu addımını məsuliyyətsiz adlandıraraq bunun “bazar qüvvələrindən sui-istifadə” olduğunu bildirib.

Kanada Parlament tərəfindən qəbul edilən “Onlayn Xəbərlər Aktı” “Google”un ana şirkəti “Alphabet” və “Meta” kimi platformaları məzmunlarına görə Kanada xəbər nəşriyyatları ilə kommersiya müqavilələri bağlamağa məcbur edəcək.

Qanunvericilik texnologiya firmalarına xəbərlər üçün pul ödəməyə çalışan qlobal hökumət tendensiyasının bir hissəsidir.