Mətbuat Şurasında şikayətlərə baxıldıbackend

Mətbuat Şurasında şikayətlərə baxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2023-cü ildə ilk iclası keçirilib.

NOCOMMENT.az xəbər verir ki, əvvəlcə Mətbuat Şurasının 2022-ci ilin sentyabr ayından indiyədək gördüyü işlərə dair məlumat dinlənilib.

MŞ-yə daxil olmuş 15 şikayəti nəzərdən keçirib. Bu şikayətlərin 6-na Şuranın Şikayətlər üzrə Komissiyasında baxılıb. 3 müraciət aidiyyəti üzrə göndərilib. 6 şikayət üzrə Katiblik tərəfindən müvafiq tədbirlər görülüb. Bu tədbirlərə müraciət müəlliflərinin məlumatlandırılması, onlara cavab məktublarının ünvanlanması daxildir.

Bundan başqa hesabat müddətində 5 şəxsin şifahi şikayəti əsasında, yaydığı material etiraz doğurmuş media vasitələri ilə söhbətlər aparılıb. Bu söhbətlər ümumilikdə 55 media orqanını əhatə edib. Nəticədə yol verilmiş yanlışlıqlar media orqanları rəhbərlərinin diqqətinə çatdırılıb.