Metroda baş vermiş qəza ilə bağlı YENİ DETAL – Baş Prokurorluğa…backend

Metroda baş vermiş qəza ilə bağlı YENİ DETAL – Baş Prokurorluğa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metrosunda baş vermiş nasazlıqla bağlı aparılan araşdırmanın nəticələri müvafiq qurumlara təqdim olunacaq, əlavə tədbirlərin görülməsi istisna edilmir.

NOCOMMENT.az xəbər verir ki, bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırma daha dərindən və texniki səviyyədə aparılacaq:

“Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq qurumlara məlumat təqdim olunacaq. Eyni zamanda ictimaiyyətə də açıqlama veriləcək. Məsələ ilə bağlı əlavə tədbirlərin görülməsi də istisna edilmir və proses tam şəffaf şəkildə həyata keçirilir. Hadisə daha ciddi nəticələrə səbəb ola bilərdi, lakin operativ müdaxilə nəticəsində bunun qarşısı alınıb. Araşdırmanın nəticəsinə uyğun olaraq, hər hansı insident və ya hüquqi əsas müəyyən edilərsə, Baş Prokurorluğa müraciət oluna bilər. Araşdırmanın nəticəsinə uyğun olaraq, hər hansı məsul şəxs müəyyən edilərsə, onun barəsində müvafiq tədbir görülə bilər”.