Metronun “Həzi Aslanov” stansiyası ilə bağlı Rəsmi Açıqlamabackend

Metronun “Həzi Aslanov” stansiyası ilə bağlı Rəsmi Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həzi Aslanov” stansiyasının dalan yolunda aparılan əsaslı təmir və yenidənqurma işləri davam edir.

Bu barədə NOCOMMENT.az-a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, uzun illər ərzində mürəkkəb hidrogeoloji şərait və qrunt sularının təsiri nəticəsində bu sahədə aşınmalar yaranmışdı:

“Təmir işləri çərçivəsində dalan yolunda izolyasiya qatları yenilənir və gücləndirilir, konstruksiyalar tamamilə yenidən qurulur və infrastruktur daha dayanıqlı vəziyyətə gətirilir”.

Qeyd olunub ki, dalan yolunun tikintisinin 2026-cı ilin sentyabr ayına kimi başa çatdırılması planlaşdırılır. Stansiyanın yenidənqurulması isə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, “Həzi Aslanov” stansiyasına keçid funksiyası daşıyacaq “Y-17” stansiyasının inşası dövründə həyata keçiriləcək.

Təmirə qədər və hazırkı vəziyyəti fotolarla: