MİDA-dan 5 saniyəyə mənzil alanlar bu üsula ƏL ATIRLARbackend

MİDA-dan 5 saniyəyə mənzil alanlar bu üsula ƏL ATIRLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu gün güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib.

Satışlar sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Müzakirələrdə fikir bildirən insanlar ev almaq istəsələr də, 5 saniyə ərzində 500 evin satıldığının şahidi olduqlarını iddia ediblər. Hətta bəziləri satışları sadəcə “oyun” adlandırıb, bunun xüsusi “maklerlər” vasitəsilə icra edildiyini bildiriblər.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı danışan daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov modern.az-a bildirib ki, bir neçə saniyə ərzində MİDA-nın satışa çıxardığı bütün mənzillər satıla bilər: “Bu məsələlərə görə bir ay əvvəl MİDA-dakı satışlarda iştirak etmişəm. İnsanlar kompüter arxasında hazır vəziyyətdə oturur və satış başlayan kimi mənzilləri alırlar. 10-15 saniyə yetərlidir ki, satışa çıxan bütün mənzillər satılsın. Hətta 6 saniyə ərzində də mənzil alanlar var”.

Ekspert burada təəccüblü məqamın olmadığını vurğulayıb: “Mənzil almaq istəyən şəxslər kompüterlə yaxşı işləməyi bacaran gənc tələbələrdən kömək alırlar. Burada da qeyri-qanuni nəsə yoxdur.”