Milanda Ulu Öndərin xatirəsinə sərgi keçirilir – FOTO/VİDEObackend

Milanda Ulu Öndərin xatirəsinə sərgi keçirilir – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 İtaliyanın Milan şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sənətin Hamisi” adlı rəsm sərgisinin açılış mərasimi olub.

NOCOMMENT.az  xəbər verir ki, açılış mərasimində La Scala Akademiyasının fransalı məzunu Celin Mişelin piano ifası tamaşaçıları valeh edib.

Portretlər Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu Elay Məmmədov tərəfindən işlənib hazırlanıb. İtaliyanın ən qədim kitab mağazalarından biri olan “Libreria Bocca” qalereyasında keçirilən sərginin açılış mərasimində Milanın tanınmış sənət adamları, elmi akademik dairələrin və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Sərgidə Heydər Əliyevin müxtəlif dövrlərinə aid 5 portret əsəri, Azərbaycanın sənət və mədəniyyət paytaxtı sayılan Şuşa şəhərindən rəsm tamaşaçılara təqdim edilib. Nəzərinizə çatdıraq ki, sərgi Heydər Əliyev ili çərçivəsində AR Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Neapol-Bakı Assosiasiyasının təşkilatçılığı ilə keçirilir.

Qeyd edək ki, sərgi 10 gün davam edəcək.