Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatlarına model Deniz Akkaya münasibət bildirib.
NOCOMMENT.az xəbər verir ki, model bu cür əməliyyatların davam etdiyi halda məsələnin təkcə sənət adamları ilə məhdudlaşmamalıolduğunu bildirib:
“Əgər narkotik əməliyyatları davam edəcəksə, nazir Akın Gürlekdən xahiş edirəm ki, bütün parlamentdə test aparılsın və nəticələr ictimaiyyətlə paylaşılsın. Bizi təmsil edən bütün millət vəkillərinin və nazirlərin ayıq olmasını istəyirəm. Sənətçi cəmiyyətə nümunə olmalıdır, amma bizi idarə edənlər də ayıq”.
Qeyd edək ki, bir müddətdir Türkiyədə aparılan narkotiklə bağlı əməliyyatlar zamanı bir çox məşhur barəsində saxlanılma qərarı verilib.









