Milli Məclisin ən fəal deputatları – SİYAHIbackend

Milli Məclisin ən fəal deputatları – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2020-ci ilin əvvəli fəaliyyətinin qiymətləndirilməsi üçün 3500 nəfər arasında aparılan sosial sorğunun nəticələrini açıqlanıb.

NOCOMMENT xalqinfo.az-a istinadən xəbər verir ki, sorğu üç istiqamət üzrə aparılıb.

Birinci istiqamət: Ümumi hadisələrə mövqe bildirən, mətbuatla yaxşı işləyən, ən fəal müzakirələrə qoşulan deputatlar.

İkinci istiqamət: Qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputalar.

Üçüncü istiqamət: Ən səmimi deputatlar.

Əhali arasında aparılmış sorğunun nəticələri belədir:

Nəticələrə görə, dövlətçilik və xalqın inkişafı naminə çıxışlar edərək, mətbuatla ən fəal iş aparan, müzakirələrə qoşulan deputatlar sırasında birinci yeri Yeni Azərbaycan Partiyasının 68 saylı Cəlilabad kənd seçki dairəsindən millət vəkili seçilmiş Elman Nəsirov tutub. 3500 nəfər sorğu iştirakçısının çox hissəsi bütün istiqamətlərdə Elman Nəsirovun mətbuatda daha fəal olduğunu qeyd ediblər.

Sorğuda iştirak edən vətəndaşların rəyinə əsasən, Birinci istiqamət üzrə, cəmiyyət arasında fəallığı ilə diqqət çəkən digər deputatlar sırasına Qənirə Paşayeva, Vahid Əhmədov, Adil Əliyev, Aydın Mirzəzadə, Fəzail İbrahimli, Musa Qasımlı, Hikmət Babaoğlu, Fəzail Ağamalı, Ülvi Quliyev də daxil olublar.

İkinci istiqamət üzrə aparılan sorğunun nəticələrinə görə, Qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputalar sırasında Azay Quliyev, Əli Məsimli, Səməd Seyidov, Əli Hüseynli, Tahir Mirkişili, Zahid Oruc, Razi Nurullayevin adları daha çox səslənib.

Üçüncü istiqamət üzrə aparılan sorğunun nəticələrinə görə, ən səmimi deputatlar sırasında Qənirə Paşayeva, Aydın HüseynovFəzail İbrahimlinin adları daha çox səslənib.

Sorğu nəticəsində o da məlum olub ki, yeni seçilən millət vəkillərindən bəziləri əhali arasında, ümumiyyətlə, tanınmır.