Milyarder Qod Nisanov Azərbaycanda – Səfərin səbəbi… – FOTObackend

Milyarder Qod Nisanov Azərbaycanda – Səfərin səbəbi… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı milyarder, “Kiyevskaya Ploşad” şirkətinin direktorlar şurasının sədri, Moskvadakı nəhəng “Fud Siti” meyvə-tərəvəz bazasının sahibi Qod Nisanov şəxsi təyyarəsi ilə Bakıya gəlib.

NOCOMMENT.az bakupost.az-a istinadən bildirir ki, o burada müəyyən görüşlər keçirib, bu gün isə istirahət üçün Qəbələyə gedib.

Onun Azərbaycana 8 noyabrda Xankəndidə keçiriləcək Zəfər paradına qatılacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan əsilli milyarder 24 aprel 1972-ci ildə Qubada Qırmızı qəsəbədə anada olub.

O, 2007-ci ildə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunub.