Minaya düşən Bərdə sakinin vəziyyəti ağırdır (YENİLƏNİB)backend

Minaya düşən Bərdə sakinin vəziyyəti ağırdır (YENİLƏNİB)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

16.11.2025-ci il tarixində saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

NOCOMMENT.az xəbər verir ki, Pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

*** 14:49

Ağdərədə mina hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, rayonunun Sırxavənd kəndi ərazisində baş verib. Belə ki, Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əliyev Natiq Namiq oğlu kənd ərazisində minaya düşüb.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma başlanıb.