Minaya düşən şəxs politoloq imiş – FOTObackend

Minaya düşən şəxs politoloq imiş – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 4-də Tərtər rayonunun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otararkən minaya düşən Həsənəli Əliyevlə bağlı bəzi məlumatlar üzə çxıb.

NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, 23 yaşlı Tərtər rayonunun Qaradağlı kənd sakini Əliyev Həsənli Şahin oğlu Bakı Dövlət Universitetinin məzunudur. Belə ki, o, 2022-ci il adı çəkilən ali təhsil müəssisəinin Politologiya ixtisasını bitirib.

Məlumata görə, Həsənəli BDU-dakı dəhsilini ortalama 90+ balla fərqlənmə diplomu ilə başa vurub. O, Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul alsa da, təhsilini davam etdirməyib.

Mal-qara otaran zaman piyada əleyhinə mina partlayışından xəsarət alan H.Əliyevin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.