Minlərlə insanın gözünün çıxarılmasına səbəb olan xəstəlikbackend

Minlərlə insanın gözünün çıxarılmasına səbəb olan xəstəlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın cənubundakı Di-Kar əyalətində, “qara kif” kimi tanınan mukormikozdan azı iki nəfər ölüb.

NOCOMMENT.az xəbər verir ki, ümumilikdə, Nasiriya şəhərində “qara kif”ə dörd yoluxma hadisəsi və iki ölüm qeydə alınıb.

Xatırladaq ki, COVID-19 təsiri və yan təsirləri səbəbiylə yaranan mukormikoz ilk olaraq Hindistanda görünüb və ölkənin yeddi ştatında buna görə “qara kif epidemiyası” elan edilib.

Həkimlər “qara kif”in koronavirusdan daha təhlükəli olduğu barədə xəbərdarlıq ediblər. Onların sözlərinə görə, xəstələr vaxtında və düzgün müalicə olunmazlarsa, ölüm səviyyəsi 94 faizə yüksələ bilər.

Onu da qeyd edək ki, hindistanlı həkimlər infeksiyanın beyinə düşməsinin qarşısını almaq üçün minlərlə xəstənin gözünü çıxarmaq məcburiyyətində qalıb. Oxu.az