Minsk Varşavaya etiraz etdibackend

Minsk Varşavaya etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa tərəfinin təyyarəsinin Belarus sərhədini növbəti dəfə pozması ilə əlaqədar Belarus Polşaya kəskin etirazını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“2023-cü il noyabrın 3-də Polşa Respublikasının Belarus Respublikasındakı müvəqqəti işlər vəkili Martin Voyçexovski Xarici İşlər Nazirliyinə çağırılıb.Görüş zamanı bununla bağlı Polşa diplomatına kəskin etiraz edilib”. 

Minsk Varşavadan insidentin hərtərəfli araşdırılmasını və gələcəkdə oxşar halların aradan qaldırılması üçün təsirli tədbirlər görməsini tələb edib, həmçinin sərhəd zonasında uçuşlara etinasız münasibətin əsaslı yolverilməzliyini qəti şəkildə qeyd edib.