Minskdə müxalifətin çoxminlik mitinqi keçirilir – FOTOLARbackend

Minskdə müxalifətin çoxminlik mitinqi keçirilir – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aleksandr Lukaşenkonun bu günkü onlayn müraciətindən sonra bütün Belorusiya üzrə minlərlə insanlar küçələrə axışıblar.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, Belorusiyada irimiqyaslı mitinqlər 9 avqust prezident seçkilərindən sonra hər gün keçirilir.

Bu gün Minskdə Azadlıq meydanında Lukaşenko ona dəstək məqsədilə keçirilən aksiyada çıxış edib. Lukaşenko mitinqdə bəyan edib ki, Belorusiyada təkrar prezident seçkiləri keçirilməyəcək, cünki 80%-dən yuxarı saxtakarlıq mümkün deyil.

Prezidentin bu aksiyasından sonra Minskdə müxalifətin aksiyaları başlayıb.

Müxtəlif mənbələrə görə bu mitinqlərdə 60-100 min arası insan iştirak edir.