MİQ imtahanında 50 bal toplayan kənarda qaldı, 48 bal toplayan işə götürüldü – SƏBƏBbackend

MİQ imtahanında 50 bal toplayan kənarda qaldı, 48 bal toplayan işə götürüldü – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı ilə bağlı müəllimlərdən biri qəbuldan narazılıq edərək bizə şikayət ünvanlayıb.

Hazırda Qobustan rayon Xilmilli kənd tam orta məktəbində çalışan müəllim, İbad Təhməzov deyir ki, o MİQ üzrə 59,92 bal toplmasına baxmayaraq, Masazır qəsəbəsi 5 nömrəli məktəbə müəllim seçilməyib. Amma həmin məktəbə 48,75 balla bir müəllimin qəbul olduğunu bildirir. Bunu fotolarla da sübut edir.

Biz də məsələyə aydınlıq gətirmək üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq.

NOCOMMENT xəbər verir ki, nazirlikdən redaktor.aza bildirildi ki, müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir:

“Vakansiya seçimi 22 iyul saat 11:00-dan 25 iyul 11:00-dək davam etmişdir. Qeyd edək ki, 41 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb. Sözügedən təhsil müəssisəsində olan vakant yerə elektron şəkildə yerləşən namizəd şəhid ailəsi üzvüdür”.

Nazirlikdən o da bildirilib ki, digər vətəndaşlar üçün vakansiya seçimi 26-31 iyul tarixlərində həyata keçirilib.