Mirzoyan ABŞ-nin Qafqaz üzrə baş müşavirini qəbul edibbackend

Mirzoyan ABŞ-nin Qafqaz üzrə baş müşavirini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, həmsöhbətlər regional təhlükəsizlik və sabitliyin bir sıra məsələlərinə toxunub, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair fikir mübadiləsi aparıblar.

Görüş zamanı Qarabağ problemi ilə bağlı geniş spektrli məsələlər müzakirə olunub. Qarabağ münaqişəsinin həlli prosesində ABŞ-nin rolu vurğulanıb. XİN başçısı, həmçinin Qarabağ münaqişəsinin uzunmüddətli və hərtərəfli həlli kontekstində ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun potensialından və təcrübəsindən istifadənin vacibliyini vurğulayıb.

Nazir Mirzoyan 44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlərə toxunaraq, bu kontekstdə Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin qaytarılmasının vacibliyini qeyd edib.