Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması, həqiqətən də, Ermənistan üçün vacibdir.
NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O bildirib ki, eyni dərəcədə vacib olan məsələ Azərbaycanla mövcud olan sülhün daha da institusionallaşdırılmasıdır.
Nəqliyyat infrastrukturunun blokadasının qaldırılmasına gəldikdə isə, bu prosesin əsas prinsipləri 8 avqustda Vaşinqtonda keçirilən sülh sammitində razılaşdırılıb: ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya, qarşılıqlı hörmət. Bu çərçivələrdə müəyyən edilmiş TRIPP marşrutu həm Azərbaycanı Naxçıvanla, həm də Ermənistanı digər ölkələrlə, eləcə də bölgələri daha geniş coğrafiyada Ermənistan və Azərbaycan vasitəsilə birləşdirəcək. Ermənistan bunu mümkün qədər tez həyata keçirmək üçün maraqla fəal səylər göstərir”, – deyə XİN rəhbəri qeyd edib.













