Misir Rusiyanı raketlə təmin edir? – Şok iddiabackend

Rusiyanı raketlə təmin edir? – Şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Misir gizli şəkildə Rusiyaya raket tədarük etməyi planlaşdırır”.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu “The Washington Post” nəşri Pentaqonun sosial şəbəkəyə sızmış “məxfi sənədləri”nə istinadən yazıb.

Bildirilib ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi bu yaxınlarda Rusiyaya qaçaqmalçılıq yolu ilə 40 minə qədər raket tədarük etməyi əmr edib. Nəşrin məlumatına görə, sənəddə Misir prezidentinin Qərblə problem yaşamamaq üçün rəsmilərə raketlərin istehsalı və daşınmasını gizli saxlamağı da tapşırdığı bildirilib. Burada Rusiya üçün mərmi və barıt tədarükü də qeyd olunub.

Sənədlərə görə, Misir diplomatı Əhməd Əbu Zeyd jurnalistlərə bildirib ki, Misirin müharibənin ilk günlərindən tutduğu mövqe müdaxilə etməməyə əsaslanır: “Biz hər iki tərəfi hərbi əməliyyatlara son qoymağa və danışıqlar yolu ilə siyasi həllə nail olmağa çağırmağa davam edirik”.

Öz növbəsində ABŞ hökumətindən anonim mənbə bildirib ki, bu cür tədarüklərin həyata keçirildiyinə dair heç bir sübut yoxdur: “Biz bunun baş verdiyini görməmişik”.

Qeyd olunub ki, Rusiyanı Ukraynadakı müharibə üçün silahla təmin etmək Moskva ilə əlaqələrini dərinləşdirməsinə baxmayaraq, ölkəyə ildə 1 milyard dollardan çox təhlükəsizlik yardımı göstərən ABŞ ilə tərəfdaşlıq quran Misir üçün təhlükəli olardı.

“Misir bizim Yaxın Şərqdəki ən uzunmüddətli müttəfiqlərimizdən biridir. Sisinin gizli şəkildə Rusiya üçün Ukraynada istifadə oluna biləcək raketlər istehsal etdiyi doğrudursa, biz münasibətlərimizi ciddi şəkildə nəzərdən keçirməliyik”, – senator Kris Mörfi söyləyib.