MN məlumat yaydı: Erməni hərbçinin yaralanması yalandırbackend

MN məlumat yaydı: Erməni hərbçinin yaralanması yalandır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bu barədə NOCOMMENT.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

“Bildiririk ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir”, – açıqlamada qeyd olunub.