Moldovada Rusiya səfirinin ölkədən çıxarılması tələb olunubbackend

Moldovada Rusiya səfirinin ölkədən çıxarılması tələb olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Moldova Partiyasının (PNM) lideri Draqoş Qalbur Moskvanın Dnestryanıda prezident seçkilərində səs vermək üçün seçki məntəqələrini açması ilə əlaqədar respublika hakimiyyətini Rusiya səfiri Oleq Vasnetsovu ölkədən qovmağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “NewsMaker” portalı məlumat yayıb.

Qalburun sözlərinə görə, hadisələrin bu cür inkişafı “açıq-aşkar hörmətsizlik və beynəlxalq hüququn pozulması” olub.

“Milli Moldova Partiyası Rusiyanın təxribatçı hərəkətlərini qətiyyətlə pisləyir və bunları Moldovanın suverenliyinə və müstəqilliyinə təhqir hesab edir. Bu səbəbdən biz mərkəzi hakimiyyət orqanlarını qətiyyətli addım atmağa və Rusiya səfiri Oleq Vasnetsovu dərhal ölkədən qovmağa çağırırıq”, – Qalbur bildirib.