Moskva hava limanlarında qar yağması səbəbindən reyslər təxirə salınıbbackend

Moskva hava limanlarında qar yağması səbəbindən reyslər təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın üç hava limanında – Vnukovo, Domodedovo və Şeremetyevoda qar yağması səbəbindən 15 reys təxirə salınıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Yandex Schedule xidmətinin məlumat yayıb.

Qeyd olunur ki, daha dörd reys ləğv edilib. Vnukovoda altı reys gecikib, daha iki reys ləğv edilib, Domodedovoda üç reys gecikib, daha iki reys isə ləğv edilib. Şeremetyevoda 6 reys gecikib.

Bundan əvvəl moskvalılara bazar günü, dekabrın 3-də güclü qar yağacağı və çovğunla bağlı xəbərdarlıq edilmişdi.