Moskva şok açıqlama verdi: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”backend

Moskva şok açıqlama verdi: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Belçikanın xarici işlər naziri Maksim Prevonun Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən ziyanın Rusiya ordusu tərəfindən vurulması ilə bağlı açıqlamasını təkzib edib.

NOCOMMENT.azMusavat.com-a istinadən xəbər verir ki,  Rusiyanın Belçikadakı səfirliyi bu ittihamları “əsassız və tələsik verilmiş” adlandırıb.

Rusiya səfirliyinin açıqlamasında iddia olunur ki, Azərbaycan səfirliyinə dəymiş ziyan ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən buraxılan raketlərin qalıqları səbəbindən yarana bilər.

Rusiya Xarici İşlər Nazirliyi də yayımladığı press-relizdə bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə zərbələr planlaşdırarkən diplomatik missiyaların yerləşdiyi ünvanları nəzərə alır.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, həmin gün endirilən zərbələr Ukraynanın müdafiə-sənaye kompleksinə və enerji infrastrukturu obyektlərinə yönəlib. Zərbələr zamanı “Kinjal” hipersəs raketləri və zərbə PUA-larının tətbiq edildiyi qeyd olunub.