Moskvada azərbaycanlılara məxsus restoran yanıb – VİDEObackend

Moskvada azərbaycanlılara məxsus restoran yanıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Lyublino rayonunda yerləşən azərbaycanlılara məxsus restoranda yanğın baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, “Aşkım” restoranının banket zalı yanıb.

Hadisə nəticəsində restoranın damı uçub. Yanğın 350 kvadratmetr ərazini əhatə edib.

Xəsarət alanların olmadığı bildirilib.