“Rusiya Belçika paytaxtına hücum edərsə, NATO üzvü olan ölkələr Moskvanı yerlə bir edərlər”.
NOCOMMENT.az xəbər verir ki, bunu Belçikanın müdafiə naziri Teo Franken “De Morgen” nəşrinə müsahibəsində bildirib.
“Putinin bir gün Brüsselə qeyri-nüvə raketi atmağa qərar verəcəyindən qorxursanmı?” sualına nazir belə cavab verib: “Xeyr. Çünki o zaman o, NATO-nun ürəyinə zərbə endirəcək, biz isə Moskvanı yerlə bir edərik”.
Nazir rusiyalı prezidentin Brüsselə raket atmağa cəsarət edəcəyinə şübhə etdiyini bildirib. O, nəzərə matdırıb ki, onu daha çox Rusiya Federasiyasının mümkün hibrid hərəkətləri narahat edir.
“Estoniyada “yaşıl adamçıqlar”. Onlar rusdilli azlığı “nasist rejimi”nə qarşı qızışdırırlar. Siz dönmətə macal tapmamış onlar Estoniyanın bir hissəsini ilhaq edərlər”, – deyə nazir misal göstərib.
O, qeyd edib ki, Qərb ölkələri özlərini təhdid olunmasına imkan verməməlidir.
Rusiyanın Belçikadakı səfirliyi belçikalı nazirin açıqlamalarını “təxribat” və “məsuliyyətsizlik” adlandırıb.
“Frankenin macəraları, təəssüf ki, Avropanın müharibə partiyasındagetdikcə güclənən militarist sapmanın təcəssümü kimi xidmət edir”, – Rusiya səfirliyi qeyd edib.
Xatırladaq ki, Rusiyanın dəfələrlə NATO ölkələrinin hava məkanının pozduğu barədə məlumatlar yayılıb. Bunun ən səs-küylü hadisəsi sentyabrın ortalarında Estoniyanın hava məkanına müdaxilə olub.
NATO Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Qrinkeviç dbundan öncə bəyan etmişdiki, alyansın Rusiyanın Polşa və Estoniyanın hava məkanına müdaxiləsinə qətiyyətlə cavab verməsi Moskvanı daha ehtiyatlı davranmağa məcbur edib.
Xatirə SADİQ













