Mövlud Çavuşoğlu: Türkmənistan Türk Şurasında müşahidəçi olmaq istəyirbackend

Mövlud Çavuşoğlu: Türkmənistan Türk Şurasında müşahidəçi olmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Türk Şurasında müşahidəçi olmaq istədiyini bildirib. Arzumuz Türkmənistanın Türk Şurasına tam hüquqlu üzv olmasıdır”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Türk Şurasının adının dəyişdirilməsi də gündəmdədir. Biz bunu dəstəkləyirik. Martın 31-də Qazaxıstanın Türküstan şəhərində Türk Şurasının qeyri-rəsmi liderlər zirvəsi keçiriləcək. Bu ilin sonunda isə Şuranın rəsmi Zirvəsi Türkiyədə gerçəkləşəcək. Pandemiyaya görə ala bilmədiyimiz sədrlik Azərbaycandan bizə keçəcək”, – deyə nazir bildirib.