MSK sədri: “72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib”backend

MSK sədri: “72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Növbədənkənar prezident seçkisini müşahidə etmək üçün indiyə qədər 19 ölkədən 72 beynəlxalq müşahidəçi müraciət edib və hamısı da müsbət qarşılanıb”.

NOCOMMENT Oxu.Az-a xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib.

MSK sədri bildirib ki, ATƏT-in Demokratik Təsisat və İnsan Haqları bürosu (DTİHB) 37 nəfərlə, MDB Parlament Assambleyası 17 nəfərlə, Türkiyə Ali Seçki Şurası beş nəfərlə prezident seçkisində müşahidəçi qismində iştirak üçün müraciət edib.

O bildirib ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası müşahidə missiyası ilə bağlı məlumatlar göndərib. Bundan başqa, MSK-da 228 yerli müşahidəçi akkreditasiyadan keçib.

Bunun 92-si öz təşəbbüsü ilə olanlar, 10-u qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri, 126-sı isə xüsusi icazəli YAP müşahidəçiləridir. Qeyd edək ki, 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.