Türkiyədə növbədənkənar prezident seçkisi olacaq?backend

Türkiyədə növbədənkənar prezident seçkisi olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə növbədənkənar prezident seçkisi olmayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum bildirib. O, erkən seçkilərlə bağlı çağırışları əsassız sayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyət müddəti 2028-ci ilə qədər davam edəcək. O, Türkiyənin yeni mərhələlərə başlamasına liderlik edəcək. Kimsənin şübhəsi olmasın” – deyə, baş müşavir qeyd edib.

Xatırladaq ki, Ərdoğan 2023-cü ildə keçirilən prezident seçkisində qalib gəlib. Ölkədə növbəti seçkilərin 2028-ci ildə keçirilməsi nəzərdə tutulur.