Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? – Rəsmi açıqlamabackend

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Babək rayon Cəhri Qəsəbəsi 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi müəllim tərəfindən zorakılığa məruz qaldıqları ilə bağlı iddialar səsləndirib.

NOCOMMENT.az sfera.az-a istinadən xəbər verir ki, şagird, F.Z müəllimi Etibar Əhmədov tərəfindən kəmərlə bağlanaraq döyüldüklərini bildirib.

Məktəblinin şikayəti ilə bağlı Naxçıvan Təhsil Nazirliyi açıqlama yayıb:

“Babək Rayon Təhsil Şöbəsi tərəfindən məsələnin araşdırılmasına başlanılıb.

Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma yekunlaşdıqdan sonra şagirdin döyülmə faktı və digər qanunazidd davranışlar öz təsdiqini taparsa, qanunauyğun qaydada cəza tədbiri görüləcək”.

Qeyd edək ki, həmin müəllim “Baku TV”yə iddiaları təkzib edib və şagirdi elektron qəlyan çəkməkdə günahlandırıb.

Məktəblinin babası isə nəvəsinin ittihamlarının həqiqətə uyğun olmadığını bildirib:

“Elə şey olmayıb. Yalan söhbətdir. O qrupun dedikləridir”.