Ölkənin 4430 orta ümumtəhsil məktəbində 142 min müəllim çalışır. Mövcud qanunvericiliyə əsasən orta ümumtəhsil məktəblərində müəllimlər dərs stavkasına görə, yəni günlük dərs saatlarına görə məktəbdə olur. 142 min müəllimin hal-hazırda 25 minə qədərinin dərsi 13 saatdan aşağıdır. Bu da onların əməkhaqqının ciddi şəkildə aşağı olmasına gətirib çıxarır. Bəzi müəllimlərin də əməkhaqqları 250-300 manat civarındadır.
Yeni qaydalar ilk növbədə müəllimlərin sosial rifah halını ciddi şəkildə qaldıracaq.
NOCOMMENT.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov “Xəzər Xəbər”ə müsahibəsində bildirib.
Kamran Əsədov bildirdi ki, yeni qaydalar könüllü olacaq. İlkin mərhələdə sertifikasiyada balı 51-dən yuxarı olan müəllimlər prosesə cəlb ediləcəklər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













