Müğənni klip çəkdirərkən huşunu itiribbackend

Müğənni klip çəkdirərkən huşunu itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TSOY təxəllüsü ilə çıxış edən rusiyalı müğənni Anatoli Tsoy klip çəkilişi zamanı huşunu itirib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb .

Nəşrin məlumatına görə, çəkiliş qrupu sənətçinin özünü pis hiss etdiyini dərhal dərk etməyib və bunun ssenarinin bir hissəsi olduğunu düşünüb. Daha sonra müğənni etiraf edib ki, əslində bir neçə dəqiqə huşunu itirib.

Qeyd olunur ki, musiqiçinin səhhətində problemlər gərgin iş qrafiki, çoxlu çəkilişlər və konsertlər səbəbindən başlaya bilərdi. Yanvarda ifaçı bərpa ilə məşğul olacaq və həkimlərin müayinəsindən də keçəcək.