Müğənni Rəqsanədən XƏBƏR VAR: Təxminən 10 gün sonra…backend

Müğənni Rəqsanədən XƏBƏR VAR: Təxminən 10 gün sonra…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Rəqsanə İsmayılova ilə bağlı hər hansı yenilik yoxdur”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri globalinfo.az-a dələduzluqda ittiham edilərək saxlanılan müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev bildirib.

Onun sözlərinə görə, müğənninin azadlığa çıxması üçün yaxın günlərdə yenidən məhkəməyə müraciət ediləcək:

“Konkret tarix deyə bilmərəm, amma təxminən 10 gün sonra müəyyən müraciətlərimiz olacaq”.

Vəkil həmçinin Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanovun məsuliyyətə cəlb olunması məsələsinə də münasibət bildirib:

“Fazil bəy saxlanılmayıb. Sadəcə, məsələ ilə bağlı dindirilib və buraxılıb, amma saxlanılma halı olmayıb”.

Hikmət Əliyev əlavə edib ki, Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması üçün kifayət qədər əsaslar mövcuddur:

“Müdafiə tərəfi olaraq hesab edirik ki, Rəqsanə xanımın azadlığa buraxılması daha doğru və ədalətli olardı. Buna görə də məhkəməyə müraciətlərimiz davam edəcək”.

Xatırladaq ki, Rəqsanə İsmayılova Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.