“Müharibə dayanmayacaq, sona qədər gedəcəyik”backend

“Müharibə dayanmayacaq, sona qədər gedəcəyik” 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz hələki müharibənin başlanğıcındayıq, bundan sonra daha da irəli gedəcəyik”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri “Legion” hərbi vətənpərvərlik klubunun rəhbəri, hərbi ekspert Abuzər Əbilov deyib. Hərbi ekspert müdafiə naziri Zakir Həsənovun bu gün keçirdiyi müşavirədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib ki, Ali Baş Komandanın ortaya qoyduğu şərtə əməl olunana qədər Azərbaycan Ordusu atəşkəs elan edilməyəcək:

“Əgər biz müharibəni belə saxlasaq, düşmən yenidən danışıqlar adı altında bizim torpaqlarda güclənib, təxribatlara başlaya bilər.

Cənab nazir düz vurğulayıb, bu müharibə dayanmayacaq, çünki bu, sonuncu müharibədir. Burada təkcə Azərbaycanın deyil, ümumilikdə regionun taleyi həll olunur. Başlamışıqsa, qalibiyyət olmadan müharibəni bitirmək olmaz.
redaktor.az