“Müharibə şəraitində olan ölkənin prezidentinin dostu ola bilməz” – Zelenskibackend

“Müharibə şəraitində olan ölkənin prezidentinin dostu ola bilməz” – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski NABU istintaqı başlayandan bəri keçmiş ortağı Timur Mindiçlə əlaqə saxlamadığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Zelenski “Bloomberg” agentliyinə müsahibəsində deyib.

Agentlik qeyd edib ki, Ukrayna prezidenti “Enerqoatom”da korrupsiya qalmaqalının tam araşdırılmasını dəstəkləyəcəyini vəd edib.

“Ən vacibi günahkarlara hökmün çıxarılmasıdır. Müharibə şəraitində olan ölkənin prezidentinin dostu ola bilməz”, – deyə Zelenski vurğulayıb.

O, əlavə edib ki, prezident kimi korrupsiyaya qarşı mübarizə orqanlarının tam səlahiyyətlərə malik olmasını və onların işinə təsir edə bilməməsini təmin etməlidir.

“Hər kəs qanun qarşısında bərabər məsuliyyət daşımalıdır”, – deyə Zelenski yekunlaşdırıb.

Qeyd edək ki, prezident olana qədər Zelenski “95-ci kvartal” şirkətində Timur Mindiçlə ortaq olub.

Xatirə SADİQ