Müharibədən sonra İrəvana gedən Türkiyənin ilk xəbər kanalıbackend

Müharibədən sonra İrəvana gedən Türkiyənin ilk xəbər kanalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Ermənistan milliləri 13 ildən sonra ilk dəfə futbol matçında üz-üzə gələcək. 

NOCOMMENT.az xəbər verir ki, CNN TÜRK-ün müxbiri Serdar Korucu və  baş operatoru Ahmet Akpolat Ermənistana gedib.

Serdar Korucu matçın keçiriləcəyi stadionun qarşısında son vəziyyəti çatdırıb:

“Bura Ermənistanın paytaxtı İrəvandır. Arxamda olan stadion Vazgen Sarkisyan stadionudur. Bütün diqqətlər bu stadionda keçiriləcək matça yönəlib. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 25-də Türkiyə və Ermənistan milli komandaları arasında oyun keçiriləcək.”

Erməni mətbuatında yer alan xəbərə görə, UEFA matçın qonaq komandanın tamaşaçısız keçirilməsinə qərar verib. Ermənistan Futbol Federasiyası bu qərarın UEFA tərəfindən gərginliyin artması ehtimalına qarşı verildiyini və belə bir tələbin Türkiyə Futbol Federasiyası və ya özləri tərəfindən çatdırılmadığını qeyd edib. Sentyabrda Türkiyədə keçiriləcək cavab matçında da eyni qayda tətbiq olunacaq. Ermənistandan tamaşaçı olmayacaq.

NOCOMMENT.AZ