“Müharibəyə yox!” deyən Marina CƏRİMƏLƏNDİbackend

“Müharibəyə yox!” deyən Marina CƏRİMƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Pervıy” kanalının canlı efirində yayımlanan “Vremya” verilişində “Müharibəyə yox!” plakatı açan Marina Ovsyannikova sərbəst buraxılıb.

NOCOMMENT.az xəbər verir ki, kanalın redaktoru vəzifəsində çalışan Marina 30 min rubl məbləğində cərimələnib.

Vəkilin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bir gün əvvəl yayılan və Ovsyannikovanın insanları mitinqlərə çıxmağa çağırdığı video ilə maraqlanıblar.

Ovsyannikova özü isə məhkəmə iclasında təqsirini boynuna almadığını bildirib:

““Mən günahımı etiraf etmirəm, bu, mənim müharibə əleyhinə bəyanatım idi”.

Qeyd edək ki, bir anda dünya mediasının qəhrəmanına çevrilən Marinanın atasının ukraynalı, anasının isə rus olduğunu deyilir. Onun bu səbəbdən müharibəyə etiraz etdiyi bildirilir.