Qarabağı tərk edin sülhməramlılar Ukrayna cəbhəsinə yollanırbackend

Qarabağı tərk edin sülhməramlılar Ukrayna cəbhəsinə yollanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Qarabağı tərk edən Rusiya sülhməramlı kontingenti Ukraynaya qarşı müharibəyə qatılır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın “MÜHARİBƏYƏ YOX!” layihəsi aprelin 25-də rus ordusundakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Qarabağda sülhməramlı missiyanı yerinə yetirmiş hərbi qulluqçuların Rusiya – Ukrayna cəbhəsinə göndərilməsi planlaşdırılır. Onlar Ukrayna cəbhəsinin “ən qaynar” sektorlarından birinə – Avdeevka yaxınlığına yerləşdirilə bilər.

Artıq hərbçilər Moskva üzərindən Rostov-na-Dona, Ukrayna sərhəddinə daşınır. Ukraynaya qarşı müharibədə iştirakdan imtina edən hərbçilər cinayət məsuliyyətinə cəlb edilməklə hədələnirlər.

Kontingent kiçik silahlar, zirehli personal daşıyıcıları və bir neçə helikopterlə silahlanmış 2 mindən az əsgərdən ibarətdir.