Murad Əliyev: Azərbaycana istirahət üçün gəlmişəmbackend

Murad Əliyev: Azərbaycana istirahət üçün gəlmişəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 2-3-nə kimi Azərbaycandayam, iki həftəlik gəlmişəm. Həm dincəlmək, həm də Vətəni gəzmək üçün buradayam.

Bunu NOCOMMENT.az-a Fransada yaşayan azərbaycanlı boksçu Murad Əliyev deyib.

Hələ ki peşəkar boksda məğlubedilməz olan Murad istirahəti haqda danışıb:

“Bakı çox dəyişib, şəhər çox xoşuma gəldi. Bura valideynlərimlə gəlmişəm. Mən ata tərəfdən Bərdədən, ana tərəfdən Ağdamdanam. Bərdədə və Ağdamın Sarıcalı kəndində oldum. Sonuncu dəfə burada 2017-ci ildə olmuşdum”.

O, növbəti döyüşünün avqust ayında Almaniyada olacağını bildirib.