Azərbaycanın rəqəmsal hökumət platforması olan “mygov”ın sosial şəbəkə paylaşımı birmənalı qarşılanmayıb.
NOCOMMENT.az Ucnoqta.az-a istinadən xəbər verir ki, “mygov” feysbuk səhifəsində rəqəmsal həllərlə bağlı vətəndaşlara yaratdığı rahatlıqla bağlı qeyr-rəsmi üzr açıqlaması paylaşıb.
Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən istehza ilə qarşılanıb. Daha sonra “mygov” paylaşımı silmək məcburiyyətində qalıb.














