“Nadir Şah Qənirə Paşayevanın qohumudur” – SENSASİON AÇIQLAMAbackend

“Nadir Şah Qənirə Paşayevanın qohumudur” – SENSASİON AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmovun fikirləri müzakirə predmetinə çevrilib.

NOCOMMENT.az pravda.az-a istinadla xəbər verir ki, onun AMEA-da Nadir Şahla bağlı səsləndirdiyi fikirlər gündəmi zəbt edib:

“Əfşarlar imperiyasının qurucusu Nadir Şah gədəbəyli olub. Gədəbəydə Nadir şah tərəfindən inşa edilən Şahzadə bulağı da mövcuddur”.

Qeyd edək ki, professorun həmin sözləri sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilib.

“Nadir Şah” əsərinin müəllifi, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz Cebhe.info-ya açıqlamasında bildirib ki, Nadir Şah mərhum millət vəkili Qənirə Paşayevanın qohumudur:

“Nadir Şah əslən Tovuzdandır. O, Tovuzun Qırıqlı kəndindəndir. Bu, tarixi faktdır. Hətta Nadir Şah mərhum millət vəkili Qənirə Paşayevanın qohumlarından olub. “Nadir Şah” kitabı çap olunandan sonra Qənirə xanım mənə zəng edərək, “Nadir Şahın qohumumuz olduğunu heç mən də bilmirdim”,- dedi. Gədəbəyi bura qatmasınlar”.

Əsərin müəllifi bildirib ki, Nadir Şahın anasının ayrım tayfasından olduğu iddiası tamamilə əsassızdır:

“Kim nə istəyir, deyir. Ümumiyyətlə, onun anasının haradan olması barədə mənbə yoxdur”.