“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!backend

“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndi yeni abunəçilər “Nar”-ın ən çox seçilən tariflərindən biri olan FULL 6-nı yarı qiymətə əldə edə bilərlər. Tarifə 1 illik abunə olmaq istəyənlər sadəcə 6 ayın abunə haqqını ödəməklə 50% güzəşt əldə edəcəklər. 

NOCOMMENT.az xəbər verir ki, 3 və 6 aylıq abunə olmaq istəyənlər də endirimdən istifadə edib nəzərdə tutulan xərclərinə müvafiq olaraq 30% və 40% qənaət edəcəklər.

Xüsusi endirimli FULL 6 tarifi abunəçilərə 120 dəqiqə danışıq, 600 MB internet və əlavə olaraq sosial şəbəkələrdə yazışmaq üçün 1GB internet trafiki təklif edir. Tarifə qoşulmaq üçün “Nar”ın satış və xidmət mərkəzlərində yeni nömrə əldə etmək kifayətdir. 

Endirimli FULL 6 tarifi çərçivəsində təqdim olunan bonusların qalığı da digər bütün FULL tariflərində olduğu kimi yanmır və növbəti aylara keçir. FULL 6 haqqında daha ətraflı: nar.az/full-6/ 

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.