Nar yeni kampaniyanın başlandığını elan edirbackend

Nar yeni kampaniyanın başlandığını elan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan!

NOCOMMENT.az-a verilən məlumatda bildirilir ki, “Nar” ötən həftə yenilənmiş brend konsepsiyasının ardınca yeni kampaniyanın başlandığını elan edir. Bu kampaniya üç reklam çarxı vasitəsilə müxtəlif çeşidli sərfəli məhsul və xidmətləri nümayiş etdirmək üçün nəzərdə tutulub.

Xatırladaq ki, brendin yeni yanaşmasının əsasında müştəriyönümlülük, sərfəlilik və əlçatanlıq prinsiplərini müştərilərə daha da yaxın etmək dayanır.
Bundan əlavə, yeni brend konsepsiyasının sevincini abunəçiləri ilə bölüşmək üçün mobil operator yaxın günlərdə bir neçə müsabiqə keçirəcək. “Nar” abunəçiləri bu müsabiqələrdə PlayStation 5, Airpods, iPhone 14, Apple saatı, iPad AIR 5GB və Yandex stansiyası Max kimi möhtəşəm hədiyyələr qazanmaq şansı əldə edəcək. Yarışmadan vaxtında xəbərdar olmaq üçün sizi “Nar”ın sosial media səhifələrini izləməyə dəvət edirik.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.