Nar şirəsinin inanılmaz faydaları: Nar şirəsi nəyə yararlıdır?backend

Nar şirəsinin inanılmaz faydaları: Nar şirəsi nəyə yararlıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüksək antioksidant tərkibli nar suyu bütün mövsümləri sağlam keçirmək üçün əla bir vasitədir. Mütəxəssislərin sözlərinə görə 100 ml nar şirəsi yetkinlərin gündəlik C vitamini ehtiyacının 16 faizini ödəyir.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssislər tərkibindəki bir çox faydalı bioaktiv maddələr sayəsində çox güclü bir antioksidant olan nar və onun şirəsinin mütləq istehlak edilməli olduğunu bildiriblər.

Nar şirəsinin tərkibində çox sayda B vitamini, kalium və antioksidant olduğuna görə immuntet sistemini daha gücləndirir. Aparılan araşdırmalara görə tərkibindəki maddələr qırmızı qan hüceyrələrində virusların toplanmasının qarşısını alır.

Bütün mövsümlərdə sağlam və balanslı qidalanmaqla yanaşı, xəstəliklərdən qorunmaq üçün nar şirəsi istehlakının da faydalı ola biləcəyini unutmayın.